İranda insult keçirənlərin sayı dünya üzrə orta göstəricidən 1,5 dəfə çoxdur
Yeniliklərdən dərhal xəbərdar olun
İranda ildə 100 min nəfərdən 150-si insult keçirir.
"Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İranda İnsultla Mübarizə Assosiasiyasının katibi Ehsan Şərifpur bildirib .
Onun sözlərinə görə, bu, dünya üzrə orta göstəricidən 1,5 dəfə çoxdur.
E.Şərifpur qeyd edib ki, insult keçirən hər beş nəfərdən biri ölür: "Bundan başqa, dünyada insult keçirənlərin orta yaşı təxminən 75-80 olduğu halda, İranda insultun orta yaşı 65-70-dir".
Mütəxəssislərin sözlərinə görə, yüksək qan təzyiqi, nəzarətsiz diabet, qanda yüksək lipid səviyyəsi, çəki artımı və aktivlik çatışmazlığı insult riskini artıran, narkotik və tütün məhsullarının (xüsusilə qəlyan) istifadəsi, havanın çirkliliyi və stress insulta səbəb olan amillərdir.
Qeyd edilir ki, həddindən artıq duz və şəkər, konservləşdirilmiş qidalar, qazlı içkilər, fast-fud, qızardılmış qidalar və alkoqol istifadəsi insulta səbəb olur.
Oxşar xəbərlər
ABŞ-də nüvə laboratoriyasında yanğın: radioaktiv maddələr sızdı
ABŞ-nin Cənubi Karolina ştatında yerləşən nüvə kompleksində yanğın baş verib. Hadisə zamanı radioaktiv maddələrin ətraf mühitə sızması qeydə alınıb. Təhlükəsizl...