İranda etirazlar zamanı ölənlərin sayı 572 nəfərə çatıb
12
yan
2026
20:12
İranda artıq üçüncü həftədir davam edən etirazlar zamanı ölənlərin sayı 572 nəfərə çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranda fəaliyyət göstərən HRANA hüquq müdafiə təşkilatı məlumat yayıb.
Təşkilat həmçinin qeyd edib ki, ölənlərin dəqiq sayı daha yüksək ola bilər.
Ölənlərin 503 nəfəri nümayişçi, 69 nəfəri isə təhlükəsizlik qüvvələrinin nümayəndələridir.
Həmçinin etirazların başlanğıcından bəri 10 600-dən çox insanın saxlanıldığı bildirilib.
Oxşar xəbərlər
İsrail Tehran səmasında İranın YAK-130 döyüş təyyarəsini vurub
İsrail Hərbi Hava Qüvvələri Tehran səmasında İrana məxsus YAK-130 tipli qırıcı təyyarəni vurub. BAKU.WS xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SEPA...