İranda etiraz hərəkatının əsas iştirakçıları həbs ediliblər
İranda baş verən etiraz aksiyalarının əsas təşkilatçılarından bir neçəsi saxlanılıb.
BAKU.WS AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Milli Polisinin rəhbəri Əhməd Rza Radan açıqlama verib. Onun sözlərinə görə, yanvarın 10-u axşam saatlarında iğtişaşlarda fəal iştirak edən şəxslərin tutulması istiqamətində əməliyyatlar aparılıb.
Polis rəisi bildirib ki, saxlanılan şəxslər qanunvericiliyin tələblərinə uyğun olaraq bütün hüquqi prosedurlardan keçiriləcək və məsuliyyətə cəlb olunacaqlar.
Rəsmi açıqlamada həbs olunanların dəqiq sayı və kimlikləri barədə məlumat verilməyib.
Xatırladaq ki, İranda etiraz aksiyaları ötən ilin dekabr ayının sonlarından milli valyutanın ciddi şəkildə dəyər itirməsi və istehlak qiymətlərinin kəskin yüksəlməsi fonunda başlayıb.
Oxşar xəbərlər
Türkiyənin 35 əyalətində İŞİD-lə əlaqəli 184 şübhəli saxlanılıb
Türkiyədə son iki həftə ərzində 35 əyalətdə keçirilən antiterror əməliyyatı çərçivəsində İŞİD terror qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinən 184 nəfər s...