İranda 60 saatdan çoxdur internet yoxdur
İranda baş verən etirazlar nəticəsində ölkədə 60 saatdan (2 gün yarım) çoxdur ki, internet işləmir.
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, blokada nəticəsində mobil data, sabit internet xətləri, ev telefonları və bir sıra mobil nömrələrin fəaliyyəti dayandırılıb.
Beynəlxalq internet monitorinq xidməti olan "NetBlocks" platforması da İranda bağlantı səviyyəsinin normal həddin 1%-nə qədər düşdüyünü təsdiqləyib. Bildirilir ki, bu cür genişmiqyaslı qapanma nümayişçilərin koordinasiyasını pozmaq və təhlükəsizlik qüvvələrinin müdaxiləsi zamanı çəkilən görüntülərin xaricə ötürülməsini əngəlləmək məqsədi daşıyır.
Xatırladaq ki, İranda iqtisadi çətinliklər və rialın ucuzlaşması səbəbindən başlayan etiraz aksiyaları artıq 14-cü gündür ki, müxtəlif şəhərlərdə davam edir.
Oxşar xəbərlər
Tramp Kubaya sərt mesaj verdi: "Nə neft var, nə də pul"
ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı növbəti dəfə sərt bəyanatla çıxış edib. BAKU.WS xəbər verir ki, Tramp bu fikirləri "Truth" sosial şəbəkəsindəki paylaşı...