İranda 550 saatdan çoxdur internet tam kəsilib
Yeniliklərdən dərhal xəbərdar olun
İranda 550 saatdan çoxdur internet tam kəsilib.
BAKU.WS xəbər verir ki, bu barədə beynəlxalq internet monitorinq xidməti "NetBlocks" sosial şəbəkə hesabında bildirib.
"Bu gün İranda internetin kəsilməsinin 24-cü günü başlayır, məhdudiyyətlərin müddəti 552 saatı keçib. Bu da dünyada indiyədək qeydə alınmış ən genişmiqyaslı şəbəkə kəsilmələrindən biridir", - deyə qeyd edilib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və nəticədə Tehran da daxil olmaqla bir neçə şəhərə zərbələr endirilib.
Cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı genişmiqyaslı əməliyyat elan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı da daxil olmaqla, ABŞ-nin regiondakı bir neçə ölkəsindəki obyektlərinə zərbələr endirilib.
Oxşar xəbərlər
Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir?
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra ölkənin siyasi gələcəyi ilə bağlı əsas sual hələ də açıq qalır: Benjamin Netanyahu hakimiyyətdə...