İrana dəstək aksiyasında yük maşını nümayişçilərin üzərinə sürüldü

İrana dəstək aksiyasında yük maşını nümayişçilərin üzərinə sürüldü
Video
Dünya 95

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində İranda davam edən etiraz aksiyalarına dəstək məqsədilə təşkil olunan mitinq zamanı təhlükəli hadisə qeydə alınıb.

BAKU.WS xəbər verir ki, aksiya iştirakçılarının olduğu əraziyə yük avtomobilinin daxil olması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yerli medianın məlumatına görə, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadaları azı iki nəfərə ilkin tibbi yardım göstərib. Zərərçəkənlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

Hadisədən sonra mitinq iştirakçıları sürücünü saxlamaga cəhd göstərib, bu zaman avtomobilin şüşələri zədələnib. Hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırmalara başlayıb, yük maşınının sürücüsünün şəxsiyyəti hələlik müəyyən olunmayıb.

Son xəbərlər