İran XİN Yaxın Şərq ölkələrinə MÜRACİƏT ETDİ - Ayıq olun
Yeniliklərdən dərhal xəbərdar olun
İran Xarici İşlər Nazirliyi Yaxın Şərq ölkələrini xarici güclərin regionda gərginlik yaratmaq cəhdlərinə qarşı diqqətli olmağa çağırıb.
BAKU.WS xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi İsmail Bəqai məlumat verib. Onun sözlərinə görə, Tehran region ölkələrinin heç biri ilə düşmənçilik etmir və bütün qonşularla dostluq münasibətlərini qoruyur.
Bəqai bildirib ki, ölkələr xarici qüvvələrin regionda parçalanma yaratmaq cəhdlərinə qarşı ayıq olmalıdır:
"Biz regiondakı heç bir ölkə ilə düşmən deyilik və bütün qonşularımızla dostluq edirik.
Hamını xarici qüvvələrin ixtilaf yaratmaq məqsədli addımlarına qarşı ayıq olmağa çağırırıq."
XİN rəsmisi qeyd edib ki, region ölkələri son hadisələrdən nəticə çıxarmalıdır. Onun sözlərinə görə, ABŞ-nin bölgədə mövcudluğu təhlükəsizlik yaratmır, əksinə, riskləri artırır.
"Regionun təhlükəsizliyi ölkələr arasında etimadın qurulmasını və daxili təhlükəsizlik mexanizminin formalaşdırılmasını tələb edir", – deyə o vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Hərbi Komandanlığının sözçüsü polkovnik Ebrahim Zolfəqari ABŞ-ın Fars körfəzinin cənubundakı hərbi bazalarının hədəf alına biləcəyi barədə açıqlama vermişdi.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...