İran XİN: "Hizbullah"a kömək üçün qoşun göndərmək niyyətində deyilik

İran XİN: Hizbullaha kömək üçün qoşun göndərmək niyyətində deyilik
Dünya 21

"İranın "Hizbullah" hərəkatına kömək etmək üçün qoşun göndərmək planı yoxdur".

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

"Livan və Fələstin də daxil olmaqla, regionun hökumətləri, ölkələri və bütün xalqları sionist rejimin təcavüzündən qorunmaq üçün bütün lazımi imkanlara malikdirlər. Bu işğalçı rejimi məğlub etmək üçün İran İslam Respublikasının könüllülər və ya yardımçı qüvvələr göndərməsinə ehtiyac yoxdur", - deyə Kənani mətbuat konfransında bildirib.

Son xəbərlər