İran XİN ABŞ ilə razılaşmanın imzalanacağı tarix barədə məlumat yayıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ ilə İran arasında İslamabadda aparılan danışıqların nəticəsi olaraq hazırlanan memorandumun əsas məqsədi müharibənin dayandırılmasıdır.
BAKU.WS xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlayıb.
Onun sözlərinə görə, hazırda müzakirə olunan İslamabad memorandumu hərbi qarşıdurmanın dayandırılmasına yönəlib və bu mərhələdə nüvə proqramı ilə bağlı məsələlərin gündəmə gətirilməməsi barədə qərar qəbul olunub.
Bəqai bildirib ki, sənədin nə vaxt imzalanacağı hələ dəqiq məlum deyil: "Memorandumun sabah imzalanacağı gözlənilmir, lakin yaxın günlərdə bunun baş verməsi ehtimalı var. Bununla yanaşı, qarşı tərəfin qeyri-sabit mövqeyi nəzərə alınaraq, proseslə bağlı açıqlamalara ehtiyatla yanaşmaq vacibdir".
Oxşar xəbərlər
Hökumətin xəbərdarlığından sonra əhali marketlərə axışdı: İngiltərə fövqəladə vəziyyətə hazırlaşır
İngiltərə hökumətinin oktyabrın 22-də başlatdığı "Be Ready" kampaniyası ölkədə geniş əks-səda doğurub. BAKU.WS xəbər verir ki, vətəndaşlardan mümkün fövqəladə...