İran vətəndaşlarının bu ölkəyə girişi qadağan edilib
İran vətəndaşlarına Birləşmiş Ərəb Əmirlikləri ərazisinə daxil olmaq və ya bu ölkənin hava limanlarında tranzit uçuş həyata keçirmək qadağan edilib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə sərnişinlərə ölkənin ən böyük aviaşirkəti olan "Emirates" məlumat verib.
Məlumata görə, istifadəçilər aviaşirkətin rəsmi saytında xüsusi bölmədə vətəndaşlıq hissəsinə "İran" yazdıqları zaman bu məhdudiyyətlə bağlı xəbərdarlıqla qarşılaşırlar.
Bununla yanaşı, şirkət qeyd edir ki, bu qadağa BƏƏ-nin "qızıl viza"sına sahib olan şəxslərə şamil edilmir. Sözügedən viza 5-10 il müddətinə verilən yaşayış icazəsidir və əsasən iri investorlar və iş adamları üçün nəzərdə tutulub.
Rəsmi olaraq Birləşmiş Ərəb Əmirlikləri hökuməti bu məlumatla bağlı hələlik açıqlama verməyib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail birlikdə İrana qarşı hərbi əməliyyata başlayıblar. Buna cavab olaraq Tehran İsrailə, eləcə də Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına - o cümlədən Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri ərazilərindəki obyektlərə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.
Oxşar xəbərlər
Yerə G1–G2 səviyyəli maqnit qasırğaları gözlənilir
Yer kürəsində zəif və orta intensivlikli maqnit qasırğaları gözlənilir. Buna səbəb Günəşdə baş verən güclü alışmadan sonra kosmosa atılan plazma axınıdır. BAKU....