İran və Qətər arasında dəniz yükdaşımaları yenidən bərpa olunub
Yeniliklərdən dərhal xəbərdar olun
İran və Qətər arasında dəniz yükdaşımaları yenidən bərpa olunub.
BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" agentliyi İran mediasına istinadən məlumat yayıb.
İranın Dohadakı ticarət attaşesi Abbas Əbdülxaninin sözlərinə görə, təxminən beş aylıq fasilədən sonra İranın Deyyer limanı ilə Qətərin Ər-Ruvays limanı arasında dəniz daşımaları yenidən başlayıb. Marşrutun bərpası İranın Dohadakı səfirliyi ilə Qətər rəsmiləri arasında aparılan koordinasiya nəticəsində mümkün olub.
Məlumata əsasən, Fars körfəzindən keçən ən qısa kommersiya dəniz yolu hesab olunan bu marşrut əsasən regional ticarət əlaqələrinə xidmət edir.
Qeyd edək ki, İran, ABŞ və İsrail arasında baş vermiş hərbi qarşıdurma zamanı Deyyer limanı bir neçə dəfə hücuma məruz qalmışdı. Bundan əvvəl Qətərin Nəqliyyat Nazirliyi də ölkədə dəniz yükdaşımalarının tam həcmdə bərpa olunduğunu açıqlamışdı.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...