İran və Pakistan arasında 12 yeni əməkdaşlıq sazişi imzalanıb
Yeniliklərdən dərhal xəbərdar olun
İran prezidenti Məsud Pezeşkianın Pakistana rəsmi səfəri çərçivəsində iki ölkə arasında mühüm sənədlər imzalanıb.
BAKU.WS "Tasnim News" agentliyinə istinadən xəbər verir ki, İran və Pakistanın yüksək səviyyəli rəsmiləri dövlət başçılarının iştirakı ilə müxtəlif sahələr üzrə ümumilikdə 12 əməkdaşlıq sənədinə imza atıblar.
Sazişlər turizm, kənd təsərrüfatı, məhkəmə-hüquq, sənaye, elm və texnologiya, nəqliyyat və tranzit, mədəni irs və ticarət-iqtisadi əməkdaşlıq kimi sahələri əhatə edir.
Bu razılaşmaların məqsədi iki ölkə arasında bilik və təcrübə mübadiləsini genişləndirmək, ticarət dövriyyəsini artırmaq, regional əməkdaşlığı gücləndirmək və strateji tərəfdaşlığı daha da dərinləşdirməkdir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...