İran uranın zənginləşdirilməsini davam etdirmək istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Xarici İşlər Nazirliyi uranın zənginləşdirilməsini davam etdirmək hüququnu əldə etmək üçün çalışacaq.
BAKU.WS "Reuters"ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Abbas Əraqçı bildirib.
O qeyd edib ki, İslam Respublikası Almaniya, Fransa və Böyük Britaniya ilə aparılacaq danışıqlarda uranın zənginləşdirilməsi hüququnu qorumağa çalışacaq.
Diplomatın sözlərinə görə, İran hər zaman nüvə proqramını elə şəkildə inkişaf etdirməyə hazır olub ki, digər ölkələrin mümkün narahatlıqları aradan qalxsın.
Qeyd edək ki, İran və "Avropa üçlüyü" (Almaniya, Fransa, Böyük Britaniya) arasında danışıqlar 25 iyulda İstanbulda baş tutacaq.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...