İran Ukraynanı İsrailə kömək etdiyinə görə "qanuni hədəf" adlandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna İsrailə etdiyi yardıma görə İranın hücumlarının hədəfinə çevrilir.
BAKU.WS "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi sosial şəbəkə hesabında qeyd edib.
Onun sözlərinə görə, Ukraynanın bütün ərazisi İran hücumları üçün "qanuni" hədəfdir.
İranlı siyasətçi açıqlamasında bildirib ki, İsraili dronlarla dsətəkləməklə Ukrayna faktiki olaraq müharibəyə cəlb olunub və BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, bütün ərazisini İran üçün qanuni hədəfə çevirib.
İranda müharibənin başlanğıcından bəri nə Kiyev, nə də Təl-Əviv pilotsuz uçuş aparatları ilə bağlı bir-biri ilə rəsmi əməkdaşlıq elan etməyiblər.
Lakin Amerikanın "Bloomberg" nəşri əvvəllər ABŞ-nin hazırkı münaqişə fonunda İsraili Tehranın cavab zərbələrindən qorumaq üçün Ukraynada sınaqdan keçirilmiş 10.000 tutucu dron Yaxın Şərqə yerləşdirdiyini iddia edən bir məqalə dərc edib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...