İran Ukraynadan təzminat tələb edib
Yeniliklərdən dərhal xəbərdar olun
İran xarici işlər naziri Abbas Əraqçi Ukraynanın xarici işlər naziri Andriy Sibiha ilə telefon danışığı aparıb.
BAKU.WS xəbər verir ki, Əraqçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Sibiha İranın ticarət gəmisinə edilən hücumun qəsdən baş vermədiyini deyib və Kiyevin gərginliyi artırmaq niyyətində olmadığını vurğulayıb.
Abbas Əraqçi qeyd edib ki, İran da bölgədə gərginliyin artmasını istəmir. Bununla yanaşı, o, ölkə vətəndaşlarına və milli maraqlara qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.
Nazir əlavə edib ki, İrana vurulan zərərin ödənilməsi vacibdir və Tehran bununla bağlı təzminat tələb edir.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...