İran Təl-Əviv və ABŞ bazalarına hücum edib
Yeniliklərdən dərhal xəbərdar olun
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Həqiqi vəd - 4" əməliyyatının növbəti mərhələsi zamanı İsrailin paytaxtı Təl-Əvivə, eləcə də ABŞ-ın İraq və Küveytdəki bazalarına zərbələr endirdiyini bildirib.
BAKU.WS xəbər verir ki, SEPAH-ın bəyanatını "Tasnim" agentliyi yayıb.
"Həqiqi vəd - 4" əməliyyatının 52-ci mərhələsi çərçivəsində Təl-Əvivin sənaye infrastrukturu obyektlərinə, həmçinin Ərbildəki "Hərir", Küveytdə yerləşən "Əli əs-Salem" və "Arifcan" bazalarına zərbələr endirdik", - deyə məlumatda bildirilir.
SEPAH ABŞ hərbi obyektlərindəki "sənaye zonalarını tamamilə məhv etdiyini" iddia etsə də, digər təfərrüatı açıqlamayıb.
Oxşar xəbərlər
Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir?
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra ölkənin siyasi gələcəyi ilə bağlı əsas sual hələ də açıq qalır: Benjamin Netanyahu hakimiyyətdə...