İran Suriyadan necə qaçdı?

İran Suriyadan necə qaçdı?
Video
Dünya 60

"2021-ci ildə ABŞ qoşunları Əfqanıstandan çıxarıldığı və "Taliban" qüvvələri paytaxt Kabulu ələ keçirib ikinci dəfə bu ölkədə hakimiyyətini bərqərar etdiyi zaman İranda hökumət mediası sevincini gizlətmirdi:

ABŞ-nin Əfqanıstandan qaçdığı barədə başlıqlar verirdi, hətta dövlət televiziyası "ABŞ-nin Əfqanıstandan qaçışı" adlı sənədli film də hazırlamışdı".

Bu barədə "Azad İran" "YouTube" kanalının yayımladığı videosüjetdə bəhs edilir.

"Amma təqribən üç il sonra İranın özü də eyni vəziyyətlə üzləşdi, uzun illər ərzində milyardlarla vəsait xərclədiyi və çoxsaylı qurbanlar verdiyi Suriyadan qaçmalı oldu", - deyə materialda vurğulanır.

Qeyd edilir ki, Suriyada Əsəd rejiminin süqut etməsinin birinci ildönümü ilə əlaqədar ortaya çıxan bir sıra faktlar və materiallar İranın, sözün həqiqi mənasında, bu ölkədən tələm-tələsik qaçdığını göstərir, hətta bir çox yerlərdə adıçəkilən ölkənin hərbçilərinin öz pasportlarını belə götürməyə macal tapmadığı aydın olur.

"Bu baxımdan "Frans-24" telekanalı və "Capan-Tayms" qəzetinin yenicə yaydığı "Hər şey bitdi: İran süqutdan bir neçə gün əvvəl Əsədi necə taleyin ümidinə buraxdı?" başlıqlı birgə hesabat bir çox mətləblərin üzərinə işıq salır. Təsadüfi deyil ki, bu yığcam hesabat beynəlxalq aləmdə böyük maraq doğurub, o cümlədən fars dilinə tərcümə edilərək İranda da nəşr olunub.", - deyə yazıda bildirilib.

Daha ətraflı videosüjetdə:

Son xəbərlər