İran Səudiyyə Ərəbistanı və BƏƏ-dəki hədəflərə zərbə endirib

İran Səudiyyə Ərəbistanı və BƏƏ-dəki hədəflərə zərbə endirib
Dünya 34

Yaxın Şərqdə gərginlik artmaqda davam edir. İran tərəfindən həyata keçirilən son hücumlar həm BƏƏ, həm də Səudiyyə Ərəbistanı ərazisində xəsarətlərlə nəticələnib.

BAKU.WS xəbər verir ki, Əbu-Dabinin əsas sənaye zonalarından biri olan Xəlifə bölgəsinə doğru atılan raketin qalıqlarının düşməsi nəticəsində azı beş nəfər yaralanıb.

Hadisə ərazisində yanğınlar baş verib və yanğınsöndürmə xidmətləri alovun qarşısını almaq üçün tədbirlər görür.

Digər hücum isə Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan aviabazasını hədəf alıb. Pilotsuz uçuş aparatları və ballistik raketlərlə həyata keçirilən zərbələr nəticəsində on ABŞ hərbçisi xəsarət alıb, həmçinin hərbi texnikaya, o cümlədən tanker təyyarələrinə ziyan dəyib.

ABŞ Mərkəzi Komandanlığı nümayəndəsinin açıqlamasına əsasən, bölgədə əməliyyatların başladığı vaxtdan bəri 300-dən ABŞ hərbçisi yaralanıb. Onların əksəriyyəti xidmətə qayıtsa da, bir qismi ağır vəziyyətdədir. Rəsmi məlumatlara görə, indiyədək 13 ABŞ hərbçisi həyatını itirib.

Son xəbərlər