İran Ras-Laffandakı sənaye obyektlərinə yenidən zərbə endirib
Yeniliklərdən dərhal xəbərdar olun
İran körfəz bölgəsində gərginliyi daha da artıraraq Ras-Laffan sənaye zonası istiqamətində növbəti dəfə raket zərbələri endirib.
BAKU.WS xəbər verir ki, Qətər ərazisində yerləşən iri sənaye obyektləri hədəf alınıb.
Hücum nəticəsində ərazidə güclü yanğın baş verib. Qətərin Daxili İşlər Nazirliyi yanğının söndürülməsi üçün operativ tədbirlərin görüldüyünü açıqlasa da, alovun tam nəzarətə alınması zaman aparıb.
Qətər rəsmiləri insidentlə bağlı rəsmi açıqlama yayaraq ölkənin ballistik raket hücumuna məruz qaldığını təsdiqləyiblər. Qətərin Müdafiə Nazirliyi bəyan edib ki, zərbələr nəticəsində sənaye şəhərində müəyyən ziyan qeydə alınıb.
Hədəfə alınan obyektlər arasında "QatarEnergy" şirkətinə məxsus müəssisələrin də olduğu vurğulanır. Şirkət daha əvvəl – martın 18-də baş verən oxşar hücum zamanı obyektlərinə ciddi zərər dəydiyini bildirmişdi.
Qeyd edək ki, bu, son günlər ərzində Ras-Laffan bölgəsinə endirilən ikinci zərbədir. İranın yalnız Qətərdə deyil, ümumilikdə digər körfəz ölkələrinin enerji infrastrukturunu da hədəfə alıb.
QatarEnergy’s Ras Laffan Industrial City to the north of Doha, Qatar's main site for the production of liquefied natural gas and gas-to-liquid, as well as the largest export terminal for LNG in the world, has been heavily targeted tonight by ballistic missiles fired by Iran.… pic.twitter.com/Ax9WaOjDAK
— OSINTdefender (@sentdefender) March 18, 2026
NASA FIRMS shows fires currently ongoing at the Ras Laffan refinery in Qatar. pic.twitter.com/Cbb39xmHvj
— ayden (@squatsons) March 18, 2026
JUST IN🇮🇷❌🇰🇼🇶🇦🇸🇦🔥 Iranian missiles currently strikes Saudi Arabia, Qatar’s Ras Laffan and Kuwaiti largest Oil and gas field that generates 60% of Middle East’s revenue. pic.twitter.com/v7bF0iSHiB
— RKM (@rkmtimes) March 19, 2026
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...