İran PUA-sı əlaqə kəsilməzdən öncə bütün informasiyanı ötürə bilib
Yeniliklərdən dərhal xəbərdar olun
İran İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus pilotsuz uçuş aparatı ona tapşırılan missiyanı tam şəkildə yerinə yetirib və əlaqə itirilməmişdən əvvəl zəruri məlumatları mərkəzə göndərib.
BAKU.WS xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi, kapitan Tim Hokins açıqlama verərək bildirib ki, ABŞ-nin "F-35C" tipli döyüş təyyarəsi Ərəbistan dənizi üzərində "USS Abraham Lincoln" aviadaşıyıcısına yaxınlaşan İran dronunu məhv edib.
"Tasnim"in yazdığına görə, İran tərəfi hazırda PUA ilə rabitənin niyə kəsildiyini dəqiqləşdirə bilməyib və məsələ ilə bağlı araşdırma aparılır.
Mənbənin sözlərinə görə, "Şahed-129" modeli olan pilotsuz aparat açıq dəniz ərazilərində kəşfiyyat və görüntüləmə məqsədilə, beynəlxalq normalara uyğun və planlı tapşırıq çərçivəsində uçuş həyata keçirirmiş.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...