İran Prezidenti: İsrail məqsədlərinə nail ola bilmədi
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail məqsədlərinə nail ola bilmədi və İrana qarşı hücumların dəhşətli bədəlini ödədi.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian xalqa müraciətində bildirib.
"Düşmən İrandakı obyektləri dağıtmaq və nüvə tədqiqatlarını pozmaq, ölkə daxilində sosial iğtişaşlar yaratmaq kimi məqsədlərinə nail ola bilmədi", - İran Prezidentinin Mətbuat xidməti tərəfindən yayılan mətndə qeyd olunur.
Onun sözlərinə görə, ölkə Ordusunun cavab zərbələri nəticəsində İsraildə dağıntıların miqyası dünyaya nümayiş etdirdi ki, İran kimi böyük ölkəyə qarşı bu avantüra baha başa gəldi.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...