İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar verib
22
iyn
2025
17:56
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib.
Bu barədə məlumatı BAKU.WS xarici KİV-ə istinadla yayıb. Bildirilib ki, qərarın qüvvəyə minməsi üçün İranın Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsi tələb olunur.
Qeyd edək ki, bir müddət əvvəl İran Müdafiə Nazirliyi boğazın bağlanmasının gündəmdə olduğunu açıqlamışdı.
Xatırladaq ki, Hörmüz boğazı Fars körfəzi ilə Oman körfəzini birləşdirir. Onun şimalında İran, cənubunda isə Oman və Birləşmiş Ərəb Əmirlikləri yerləşir. Bu ərazi qlobal enerji tədarükü baxımından strateji əhəmiyyətə malikdir.
Oxşar xəbərlər
Buralarda yavaş gedən maşın dron qurbanıdır: "Səhərki hücumun qarşısını tanışım aldı"
- Buraxacaqsınız, gedim, yoxsa yox? - Çox sürətlə gəlirdiniz, - deyə papağının arxasından başını qaşıyan ukraynalı polis tərəddüdsüz dillənərək davam etmək istə...