İran ordusu: Körfəz regionunda sabitlik bizim zəmanətimizdən asılıdır
Yeniliklərdən dərhal xəbərdar olun
İran Silahlı Qüvvələrinin Baş Qərargahı Fars körfəzi bölgəsində sabitlik və iqtisadi proseslərin ölkənin hərbi gücündən asılı olduğunu bəyan edib.
BAKU.WS-in məlumatına görə, qurumun açıqlamasında qeyd olunub ki, bölgədə yeni investisiyaların cəlbi və enerji bazarlarında sabitliyin bərpası yalnız İran ordusunun təmin etdiyi təhlükəsizlik şəraitində mümkün olacaq.
Bəyanatda vurğulanıb ki, regionda sabitliyin İranın hərbi qüdrəti ilə qorunduğu tam şəkildə qəbul edilməyənədək, nə yeni investisiyalar həyata keçiriləcək, nə də neft və enerji qiymətləri əvvəlki səviyyələrinə qayıdacaq.
Qərargah rəqiblərə müraciət edərək bildirib ki, vəziyyətin əvvəlki halına qayıtması yalnız İran xalqına qarşı düşmən münasibətin tam aradan qalxmasından sonra mümkündür.
Açıqlamada həmçinin qeyd olunub ki, rəqiblərin strateji üstünlüyü artıq strateji məğlubiyyətə çevrilib və bu vəziyyəti heç bir razılaşma uğur kimi təqdim edə bilməz.
Oxşar xəbərlər
İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur
İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. BAKU.WS xəbər verir ki, bir ay d...