İran ordusu Hörmüzdən keçməyə cəhd edən gəmiyə hücum edib
17
iyl
2026
23:48
İran Silahlı Qüvvələri Tehranın icazəsi olmadan Hörmüz boğazından keçməyə cəhd edən Tailand Krallığının bayrağı altında hərəkət edən gəmiyə hücum edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, gəmi İran Hərbi Dəniz Qüvvələrinin xəbərdarlığını nəzərə almayıb və boğazın sularında hərəkətini davam etdirməyə cəhd edib.
Bundan sonra İran Silahlı Qüvvələri tərəfindən hücuma məruz qalıb. Agentlik zərərin həcmi və hücum nəticəsində xəsarət alanlar barədə məlumat verməyib.
Oxşar xəbərlər
Antalyada 4 işçinin ölümünə səbəb olan burulğanın görüntüləri yayıldı
Türkiyənin Antalya şəhərində 4 işçinin ölümü ilə nəticələnən burulğanın yeni görüntüləri üzə çıxıb. Güclü burulğanın əvvəlcə müşahidə terrasına, daha sonra tiki...