İran nüvə obyektlərinin ciddi şəkildə zədələndiyini təsdiqləyib
25
iyn
2025
17:15
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai ABŞ-nin endirdiyi zərbələri nəticəsində ölkənin nüvə obyektlərinin "ciddi şəkildə zədələndiyini" təsdiqləyib.
BAKU.WS xəbər verir ki, bu barədə Yaxın Şərq mətbuatı məlumat yayıb.
Qeyd edilib ki, Əl-Cəzirə kanalında danışan Baqai təfərrüatları açıqlamaqdan imtina edib.
Lakin o, ABŞ-nin B-2 bombardmançılarının bunker-buster bombalarından istifadə edərək endirdiyi zərbələrin əhəmiyyətli olduğunu etiraf edib.
"Nüvə qurğularımız ciddi şəkildə zədələnib, bu, şübhəsizdir"- deyə İsmayıl Bəqai qeyd edib.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanının 4 şəhərində fövqəladə vəziyyət siqnalı verildi
Səudiyyə Ərəbistanının cənubundakı 4 şəhərdə mümkün təhlükələrə qarşı əhaliyə xəbərdarlıq edilib. BAKU.WS xəbər verir ki, Səudiyyə Ərəbistanı Mülki Müdafiə Baş...