İran Livanın iki təyyarəsinin Tehrana enməsinə icazə verməyib

İran Livandan uçan "Middle East Airlines" şirkətinə məxsus iki təyyarənin Tehranın beynəlxalq hava limanında eniş etməsinə icazə verməyib.
"Report" Livanda çıxan "Al-Nahar" qəzetinə istinadən xəbər verir ki, bu barədə Livanın Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, təyyarələr İrandakı bir qrup Livan vətəndaşını ölkəyə gətirmək üçün uçubmuş.
Baş İdarədən bildirilib ki, Livanın iki sərnişin təyyarəsinin Tehrana enməsinə İran hakimiyyəti icazə verməyib.
Tehranın Beyrutdakı səfiri Moctaba Amani bildirib ki, Livan təyyarələrinin İran paytaxtına enməsi yalnız İslam Respublikasına məxsus hava gəmilərinin Beyruta uçmasına icazə veriləcəyi təqdirdə mümkün olacaq.
Oxşar xəbərlər
Türkiyə Prezidenti: Rusiya-Ukrayna müharibəsində daimi atəşkəsin təmin olunması mümkündür
Rusiya-Ukrayna müharibəsində daimi atəşkəsin təmin olunması mümkündür. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Ta...
