İran İsrailə qarşı 100-ə yaxın dron buraxıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Ordusu (SAXAL) İran tərəfindən təxminən 100 pilotsuz uçuş aparatının (PUA) buraxıldığını açıqlayıb.
Bu barədə məlumat qurumun "Telegram" kanalında paylaşılıb.
Ordu nümayəndələri bildiriblər ki, hücumun qarşısını almağa tam hazırdırlar və hazırda yüksək döyüş hazırlığı rejimindədirlər.
İran mediası isə xəbər verir ki, İsrailin hava hücumundan müdafiə sistemlərini vurmaq üçün "Şahed" tipli kamikadze İHA-lar buraxılıb. Bundan sonra İran boyu yeraltı da daxil olmaqla 72 məntəqədən İsrailə 800 ballistik raket atılacaq.
Qeyd edək ki, 13 iyun gecəsi İsrail "Am KeLavi" kod adlı hərbi əməliyyata başladığını elan edib. Əməliyyatın məqsədi İranın nüvə və raket proqramlarına zərbə vurmaqdır. Bu çərçivədə Tehran, Natanz və digər yaşayış məntəqələrində yerləşən hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və SEPAH üzvlərinin olduğu yaşayış kompleksləri bombalanıb.
Oxşar xəbərlər
Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir?
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra ölkənin siyasi gələcəyi ilə bağlı əsas sual hələ də açıq qalır: Benjamin Netanyahu hakimiyyətdə...