İran İsrail HHQ-nin "Təl-Nof" bazasına zərbələr endirib
Yeniliklərdən dərhal xəbərdar olun
İran İsrail Hərbi Hava Qüvvələrinin "Təl-Nof" aviabazasına hücum edib, həmçinin ABŞ-nin İordaniya ərazisindəki "Əl-Əzraq" bazasında yerləşən "F-35" və "F-15" qırıcılarına zərbələr endirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbələr zamanı dronlardan istifadə olunub.
"İran İslam Respublikasının Silahlı Qüvvələri bu gün sübhdən etibarən İsrail Hərbi Hava Qüvvələrinin "Təl-Nof" aviabazasına, eləcə də "Əl-Əzraq" aviabazasında ABŞ-nin "F-35" və "F-15" qırıcılarının yerləşdiyi məkanlara zərbələr endirmək üçün ölkənin müxtəlif rayonlarından pilotsuz uçuş aparatlarını cəlb edib", - məlumatda bildirilib.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...