İran ilk dəfə "Starlink"in siqnalını kütləvi şəkildə kəsib
Yeniliklərdən dərhal xəbərdar olun
İranda ilk dəfə olaraq "Starlink"in siqnalı kütləvi şəkildə kəsilib və trafikin təxminən 80%-i bloklanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, İran xüsusi xidmət orqanları siqnalı boğmaq üçün yeni radioelektron mübarizə vasitələrindən istifadə ediblər. "Starlink" mobil rabitənin və stasionar internetin kəsildiyi vaxtlarda etirazçılar üçün "B planı" olaraq qalırdı.
Eyni zamanda, İran hökuməti İlon Maskdan "Starlink"i ölkədə rəsmi qeydiyyatdan keçirməyi və fəaliyyət üçün lisenziya almağı tələb edir. Əks halda, hökumət cinayət məsuliyyəti tətbiq edəcəyi və xidməti milli səviyyədə tamamilə bloklayacağı ilə hədələyir.
Oxşar xəbərlər
ABŞ İrana nüvə zərbəsi endirəcək?
"Son vaxtlar ABŞ-İran qarşıdurmasında bir-biri ilə əlaqəli üç proses müşahidə olunur. bunlardan birincisi, ABŞ-də aralıq seçkidən sonra İrana qarşı əvvəlkilərdə...