İran ilk dəfə "Hacı Qasım" ballistik raketindən istifadə etdi
Yeniliklərdən dərhal xəbərdar olun
İran İsrail və ABŞ-yə qarşı cavab zərbələri zamanı ilk dəfə olaraq "Hacı Qasım" ortamənzilli ballistik raketindən istifadə edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, raket 2020-ci ildə amerikalılar tərəfindən öldürülmüş "Qüds" xüsusi təyinatlı qüvvələrinin komandanı, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin şərəfinə adlandırılıb.
Məlumata görə, bu ikipilləli ballistik raket 2020-ci ildə təqdim edilib. Onun uçuş mənzili təxminən 1 400 km, döyüş hissəsinin kütləsi isə 500 kq təşkil edir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...