İran: Hörmüz Boğazının açılması mümkün deyil
Yeniliklərdən dərhal xəbərdar olun
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Hörmüz boğazının yenidən açılmasının hazırkı şərtlərdə mümkün olmadığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, Qalibaf sosial media hesabında etdiyi paylaşımda bölgədə davam edən hərbi gərginlik və atəşkəs pozuntularına diqqət çəkib.
O bildirib ki, dəniz blokadası və atəşkəs rejiminin pozulması davam etdiyi müddətdə Hörmüz boğazının açılması gündəmdə deyil. Qalibaf qeyd edib ki, "hərbi təzyiqlə məqsədə çatmaq mümkün olmayacaq".
İran rəsmisi həmçinin İsrailin regiondakı fəaliyyətlərini tənqid edərək, gərginliyin dayandırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, atəşkəs yalnız qarşılıqlı öhdəliklər yerinə yetirildiyi halda real məna daşıya bilər.
Qalibafın açıqlaması beynəlxalq səviyyədə Hörmüz boğazının açılması ilə bağlı çağırışların artdığı bir dövrə təsadüf edir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...