İran gəmisini vuran ABŞ sualtı qayığında 3 avstraliyalı hərbçi olub
Avstraliyanın Baş naziri Antoni Albanes İran donanmasına məxsus IRIS Dena freqatını vuran ABŞ sualtı qayığında üç avstraliyalı hərbçinin olduğunu təsdiqləyib.
BAKU.WS xəbər verir ki, bu barədə Albanese Sky News telekanalına açıqlamasında danışıb.
O bildirib ki, adətən belə məlumatlar təsdiqlənmir. Lakin Milli Təhlükəsizlik Komitəsinin iclasları və ictimai maraq nəzərə alınaraq həmin gəmidə üç avstraliyalı hərbi personalın olduğu təsdiqlənib.
Baş nazir vurğulayıb ki, avstraliyalı hərbçilər əməliyyatda birbaşa iştirak etməyiblər:
"Avstraliyadan olan heç bir hərbçi İrana qarşı hər hansı hücum əməliyyatında iştirak etməyib".
Albanes əlavə edib ki, Avstraliya hərbçiləri başqa ölkələrin müdafiə qüvvələrinə inteqrasiya olunduqda onların fəaliyyətinin Avstraliya qanunvericiliyinə və dövlət siyasətinə uyğun olmasını təmin edən qaydalar mövcuddur.
Qeyd edək ki, ABŞ-nin Virginia-class submarine tipli sürətli hücum sualtı qayığı İran donanmasına məxsus "IRIS Dena" freqatını Şri Lanka sahilləri yaxınlığında batırıb.
Şri Lanka rəsmilərinin məlumatına görə, hadisə nəticəsində 87 nəfərin meyiti tapılıb, 32 nəfər isə xilas edilib.
Oxşar xəbərlər
İranın dəhşətli PUA hücumu zamanı nələr yaşandı?
Martın 5-də İran tərəfindən Naxçıvana atılan pilotsuz uçuş aparatlarının zərbə dalğası yaxınlıqda yerləşən Şəkərabad kəndindəki bəzi evlərdən yan keçməyib. Belə...