İran Fordo nüvə obyektinə hava hücumu olduğunu təsdiqlədi
Yeniliklərdən dərhal xəbərdar olun
İranın rəsmi mənbələri Fordo şəhərində yerləşən nüvə obyektinin hava hücumuna məruz qaldığını təsdiq ediblər.
Bu barədə məlumatı "IRNA" agentliyinə istinadla Qum ostanının administrasiyası yayıb.
Rəsmi açıqlamaya görə, bir neçə saat öncə bölgədə hava hücumundan müdafiə sistemləri aktivləşdirilib və düşmənə məxsus hədəflər müəyyən edilib. Bunun ardınca Fordo nüvə kompleksinin müəyyən sahələri hava zərbələri ilə vurulub.
Qeyd edək ki, bu hadisədən əvvəl ABŞ Prezidenti Donald Tramp, Fordo ilə yanaşı Nətənz və İsfahan nüvə obyektlərinə də uğurlu hücumların həyata keçirildiyini açıqlamışdı.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...