İran bəzi tankerlərin Hörmüz boğazından keçməsinə icazə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
İran Hindistan bayrağı altında üzən tankerlərin Hörmüz boğazından keçməsinə icazə verib.
BAKU.WS xəbər verir ki, bu barədə "New Delhi Television" (NDTV) məlumat yayıb.
İran, Hindistan xarici işlər naziri Subrahmanyam Jaişankarla İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasındakı danışıqlardan sonra bəzi gəmilər üçün məhdudiyyətləri yumşaltmaq qərarına gəlib.
Bundan sonra, ən azı iki Hindistan tankeri, "Puşpak" və "Parimal" tenkerləri strateji əhəmiyyətli boğazdan təhlükəsiz şəkildə keçib.
Lakin, ABŞ, Avropa və İsraildən olan gəmilər məhdudiyyətlərlə üzləşməyə davam edir.
Hindistan mediasının xəbərindən qısa müddət sonra İran, qlobal enerji böhranının pisləşməsi fonunda Tehranın Hindistan bayrağı altında üzən tankerlərin Hörmüz boğazından keçməsinə icazə verdiyi barədə məlumatları təkzib edib.
"Xeyr, bu, doğru deyil" - deyə Tehrandakı mənbə bildirib.
İki gün əvvəl isə hindistanlı kapitanının olduğu Səudiyyə nefti daşıyan tanker Hörmüz boğazından keçərək Mumbay limanına lövbər salıb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...