İran BƏƏ-dəki neft yatağına və Küveytdəki ABŞ bazasına hücum edib

İran BƏƏ-dəki neft yatağına və Küveytdəki ABŞ bazasına hücum edib
Dünya 40

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fuceyra əmirliyindəki neft yatağına və Şarja əmirliyindəki sənaye zonasına zərbələr endirib.

BAKU.WS xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Qeyd edilib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdəki hərbi bazada yerləşən Amerika obyektlərinə hücum edib.

Bəyanatda həmçinin "Fars körfəzindəki müəyyən obyektlərə birbaşa zərbələr və ziyan"dan bəhs edilib.

Xatırladaq ki, martın 7-də İran prezidenti Məsud Pezeşkian Körfəz ölkələrindən üzr istəyərək, Tehranın qonşu dövlətlər İrana hücum etməsələr, onlara hücum etməyi dayandıracağını deyib.

Buna baxmayaraq İran daha sonra zərbələrini davam etdirdi. 10 martda SEPAH İraq Kürdüstanındakı Amerika hərbi bazasına raket zərbəsi endirdi.

İran ordusu həmçinin Bəhreyndəki Aysa hava bazasına zərbə endirdi.

Son xəbərlər