İran BƏƏ-də ABŞ hərbi bazasına zərbə endirib
İran Birləşmiş Ərəb Əmirliklərində yerləşən ABŞ hərbi bazasına raket zərbəsi endirib.
BAKU.WS xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Məlumata görə, hücum "Əd-Dafra" hərbi bazasına qarşı həyata keçirilib. Bildirilir ki, baza raketlərlə vurulub və bununla bağlı raket buraxılışını əks etdirən görüntülər də yayımlanıb.
Eyni zamanda İslam İnqilabı Keşikçiləri Korpusunun açıqlamasına əsasən, martın 13-nə keçən gecə İran İordaniyadakı hərbi hava qüvvələri bazasına, eləcə də Bəhreyn və İraqdakı ABŞ hərbi obyektlərinə və İsraildəki hədəflərə zərbələr endirib.
Oxşar xəbərlər
İranın "görünməz" rəhbərinin ilk müraciəti
İranın yeni Ali lideri Müctəba Xamenei martın 12-də Ekspertlər Şurası tərəfindən bu vəzifəyə seçildikdən bəri ilk dəfə xalqa müraciət edib. BAKU.WS xəbər verir...