İran ABŞ-nin atəşkəs təklifi ilə razılaşmayıb və yekun sülh tələb edib
Yeniliklərdən dərhal xəbərdar olun
İran ABŞ-nin atəşkəs təklifini rədd edərək, müharibənin ölkənin maraqları nəzərə alınmaqla tam başa çatdırılmasının zəruriliyini vurğulayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, müvafiq cavab ABŞ-İran münaqişəsinin nizamlanması üçün vasitəçi qismində çıxış edən Pakistana təqdim edilib.
İki həftəlik yüksək səviyyəli hərtərəfli müzakirələrdən sonra Tehranın 10 maddədən ibarət cavab təklifi təqdim etdiyi bildirilib.
Əsas şərtlər arasında regionda münaqişələrin dayandırılması, Hörmüz boğazından təhlükəsiz naviqasiya üçün protokolun hazırlanması, infrastrukturun bərpası və sanksiyaların ləğvi yer alıb.
İran müvəqqəti atəşkəs deyil, davamlı və dayanıqlı həllin əldə edilməsinin vacibliyini bəyan edib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...