İran ABŞ hərbi bazalarının əvvəlki fəaliyyətinə qayıtmasına qarşı çıxıb
İran ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi bazalarının əvvəlki rejimdə fəaliyyətini bərpa etməsinə imkan verməyəcəyini açıqlayıb.
BAKU.WS "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran ordusunun komandanı, general-leytenant Əmir Hatəmi deyib.
O bildirib ki, ABŞ hərbi bazalarının əvvəlki vəziyyətinə qayıtması mümkün olmayacaq və Tehran buna yol verməyəcək.
"Hamı bilməlidir ki, Amerika bazaları heç bir halda əvvəlki vəziyyətinə qayıda bilməz və İran buna heç vaxt icazə verməyəcək", – Əmir Hatəmi vurğulayıb.
İranlı komandan ABŞ-nin Hörmüz boğazından da kənarlaşdırıldığını iddia edib. Onun sözlərinə görə, ABŞ-nin Fars körfəzi, Oman dənizi və Hörmüz boğazına girişinə icazə verilməyəcək.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyun ayında tərəflər hərbi əməliyyatların dayandırılması ilə bağlı qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı razılaşmaları pozmaqda ittiham edərək ölkəyə qarşı genişmiqyaslı zərbələri yenidən bərpa edib.
Avqustun 2-də ABŞ Prezidenti Donald Tramp Tehranla razılaşma əldə etmək məqsədilə İrana qarşı planlaşdırılan zərbənin ləğv edildiyini açıqlayıb.
Avqustun 5-də isə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İran və Oman arasında Hörmüz boğazından keçəcək yeni marşrutun koordinatlarının razılaşdırıldığını bildirib. Bununla belə, onun sözlərinə görə, bu razılaşma boğazın dərhal açılması demək deyil və proses ABŞ-nin atacağı addımlardan asılı olacaq.
Oxşar xəbərlər
İran Qətərin 3 pilotun əsir götürülməsi ilə bağlı açıqlamasına reaksiya verdi
İran Qətərin mart ayında ölkə ərazisində qəzaya uğrayan İran hərbi təyyarələrinin üç pilotunun əsir götürülməsi ilə bağlı iddiaları təkzib etməsinə etiraz edib....