İrakli Kobaxidze: On iki nazir təyin olunub, yeni hökumət formalaşdırılıb

Dünən 12 nazir təyin olunub, bununla da 26 oktyabrda keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən yeni hökumətin formalaşdırılması tamamlanıb.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib
Baş nazirin sözlərinə görə, dekabrın 14-də Gürcüstanda prezident seçkiləri keçiriləcək, bundan sonra bütün konstitusiya orqanları xalqın əksəriyyətinin iradəsinə uyğun olaraq tamamlanacaq.
"O vaxtdan etibarən 12 nazir təyin edilib və 26 oktyabr parlament seçkilərinin nəticələrinə əsasən yeni hökumətin formalaşdırılması başa çatıb. Həmçinin, dekabrın 14-də Gürcüstanın prezident seçkiləri keçiriləcək və bundan sonra bütün konstitusiya orqanları Gürcüstan xalqının iradəsinə uyğun şəkildə tam olacaq", - Baş nazir əlavə edib.
Oxşar xəbərlər
Xamənei Trampa: Zənn elə ki, nüvə sənayemizi məhv etmisən
ABŞ Prezidenti Donald Tramp İranın nüvə sənayesini məhv etdiyini düşünə bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri ayətulla...
