"iPhone" işlədənlərin nəzərinə - Bu 3 telefon modelində…
Yeniliklərdən dərhal xəbərdar olun
Apple bir sıra iPhone modelləri üçün iOS dəstəyini dayandırmağa hazırlaşır.
BAKU.WS xəbər verir ki, bu barədə "MacRumors" portalı X sosial şəbəkəsində adı açıqlanmayan insayderə istinadən məlumat yayıb.
Mənbəyə görə, iOS 19 iPhone XR, iPhone XS və iPhone XS Max üçün buraxılmayacaq. Eyni zamanda, iOS 18 ilə işləyən bütün digər Apple smartfonları əməliyyat sisteminin yeni versiyası ilə uyğun olaraq qalacaq.
Beləliklə, iOS 19 yeniləməsi ikinci nəsil iPhone SE, iPhone 11 və daha yeni modellərin istifadəçiləri üçün əlçatan olacaq. Eyni zamanda, bəzi iOS 19 xüsusiyyətləri, o cümlədən Apple Intelligence AI, iPhone 15 Pro və iPhone 16 sırası daxil olmaqla, müasir prosessorlu cihazlarda dəstəklənəcək.
Qeyd edək ki, iOS 19-un təqdimatı iyunun 9-da başlayacaq və bir neçə gün davam edəcək Apple tərtibatçılarının WWDC 2025 konfransında baş tutacaq. Apple qadcetləri üçün əməliyyat sistemlərinin tam versiyası sentyabrın sonunda bütün istifadəçilər üçün əlçatan olacaq.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...