İnsan üçün ciddi risk sayılan 36 virus tapıldı - Çindən daha bir pandemiya gəlir?

İnsan üçün ciddi risk sayılan 36 virus tapıldı - Çindən daha bir pandemiya gəlir?
Foto
Dünya 57

Çində xəz fermalarından götürülmüş nümunələrin hərtərəfli tədqiqi alimləri narahat edib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Uppsala Universitetindən tədqiqatçı Con Pettersson da daxil olmaqla beynəlxalq qrup 2021-2024-cü illər arasında ölmüş 461 heyvanın ağciyər və bağırsaq nümunələrini araşdırıb.

Aparılan araşdırmada 36-sı əvvəllər məlum olmayan 125 virus müəyyən edilib.

Bu virusların əksəriyyətinin heyvanlardan insanlara keçmə riski daşıdığı bildirilir. Elm adamları yenotların virus daşıyıcıları arasında ən riskli növ olduğunu vurğulayırlar.

Bu viruslar arasında xüsusilə 39 virus növü insanlara keçmə riski daşıyır. Pettersson bildirir ki, müxtəlif heyvan növləri arasında yayıla bilən viruslar daha təhlükəli ola bilər: "Bu viruslar birdən çox növə yoluxma qabiliyyətini göstərdikdə, daha sürətli təkamül edərək yeni növlərə, hətta insanlara da yayılma potensialına malikdir".

Aşkarlanan viruslara quş qripi və yeddi növ koronavirus daxil olsa da, SARS-CoV-2 ilə birbaşa əlaqəli heç bir virus aşkar edilməyib. Bununla belə virusların, xüsusilə paramiksovirusların (qızılca və parotit virusları) növlər arasında keçid qabiliyyətinin diqqətəlayiq olduğu qeyd edilib.

Tədqiqatın ən təəccüblü tapıntılarından biri yenot itlərinin (manqut) digər heyvanlarla müqayisədə ən çox virus riski daşıyan növlər olmasıdır. Bu heyvanların 10 müxtəlif yüksək riskli virus daşıyıcısı olduğu müəyyən edilib. Yenot itləri Asiyada yaşayan tülküyə bənzər kiçik itlərdir və adlarını üzlərindəki oxşar işarələrdən alırlar.


Araşdırmalar nəticəsində yüksək riskli olduğu müəyyən edilən 39 virusdan 11-nin zoonoz olduğu, yəni daha əvvəl insanlarda görüldüyü müəyyən edilib. Bu viruslara Hepatit E və Yapon ensefaliti kimi xəstəliklərə səbəb olan viruslar daxildir. Bundan əlavə, 13 tamamilə yeni yüksək riskli virusun gələcəkdə mümkün epidemiyalara səbəb olacağı düşünülür.

Son xəbərlər