İngiltərədə rekord sayda evsiz həyatını itirib

İngiltərədə rekord sayda evsiz həyatını itirib
Dünya 89

İngiltərədə 2024-cü ildə 1611 evsiz insan, o cümlədən 11 uşaq həyatını itirib. Bu, ötən illə müqayisədə 9 faiz artım deməkdir. 2023-cü ildə 1474, 2022-ci ildə isə 1313 nəfər evsizlik səbəbindən dünyasını dəyişmişdi.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, ölənlərin yarıdan çoxunun intihar, alkoqol və ya narkotiklə əlaqəli olduğu bildirilib.

Araşdırmalara görə, bir çox ölüm halları "ümidsizlikdən ölüm" kimi qeydə alınıb.

Ölənlər arasında psixoloji mərkəzdən buraxıldıqdan qısa müddət sonra ölən 39 yaşlı Barnaby Spicer və çadırda yaşayan 46 yaşlı Alexander Colman da olub.

Statistikalar göstərir ki, 2024-cü ildə həyatını itirən 11 uşaqdan dördü bir yaşını tamamlamayıb. 1–9 yaş arası dörd, 15–17 yaş arası iki uşaq da həyatını itirib.

İngiltərədə evsiz ailələrin sayı da artıb. 2025-ci ilin martına olan rəsmi məlumatlara görə, 131 mindən çox ailə müvəqqəti sığınacaqlarda yaşayır. Bu, son 25 ilin ən yüksək göstəricisidir.

Evsizlərə yardım təşkilatları hökuməti təcili tədbir görməyə çağırır. Homeless Link təşkilatının rəhbəri Rik Henderson bildirib: "Bu ölümlər ölkədəki evsizlik böhranının ən acı nəticəsidir."

Nazir Alison McGovern isə "Heç kim küçədə ölməməlidir. Hər kəsin təhlükəsiz evi olmalıdır," deyərək, dövlətin yeni sosial mənzil layihələrini sürətləndirəcəyini açıqlayıb.

Son xəbərlər