İndoneziyada turist qayığı batdı: 7 ölü, 34 yaralı
12
may
2025
13:56
İndoneziyanın Benkulu əyalətində turistləri daşıyan qayıq faciəvi şəkildə batıb. Hadisə nəticəsində 7 nəfər həyatını itirib, 34 nəfər isə xəsarət alıb.
BAKU.WS xəbər verir ki, əyalətin Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Muslikun Sodik verdiyi açıqlamada hadisənin dünən saat 16:30 radələrində baş verdiyini bildirib.
Onun sözlərinə görə, hadisə zamanı qayıqda 98 yerli turist və 6 ekipaj üzvü olub. Qayıq Tikus adasından Benkulu şəhərinə qayıdarkən batıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Çində 7 maqnitudalı zəlzələ olub
Çində, Tibetin şimalında 7 maqnitudalı zəlzələ baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Çin Seysmik Şəbəkələr Mərkəzi (CENC) məlumat yay...