İndoneziyada məktəb binasının uçması nəticəsində ölənlərin sayı 49-a çatdı

İndoneziyanın Şərqi Yava vilayətində, icazəsiz olaraq iki əlavə mərtəbəsi tikilməyə başlayan internat məktəb binasının uçması nəticəsində ölən tələbələrin sayı 49-a yüksəlib. Hadisə 29 sentyabrda Sidoarjo şəhərində baş verib və dağıntılar altında axtarış-xilasetmə işləri davam etdirilir.
BAKU.WS xəbər verir ki, rəsmi məlumatlara görə, 49 tələbə həyatını itirib, 103 tələbə isə yaralanıb. Onlardan 6 nəfəri ağır yaralı olaraq müalicə altındadır, 97 tələbənin isə müalicələrindən sonra xəstəxanadan buraxıldığı bildirilib.
Məlumatda qeyd olunur ki, binanın icazəsiz tikilən iki mərtəbəsi üçün tökülən beton onun ağırlığını daşıya bilməyərək uçub. Uçqun altında yalnız bir tələbə xəsarət almadan xilas olub.
Məktəb rəhbərliyi hələlik hadisəyə dair rəsmi açıqlama verməyib. Polis isə hadisə ilə bağlı genişmiqyaslı istintaq aparacağını bildirib.
Oxşar xəbərlər
Everestdə qar fırtınası səbəbindən minə yaxın alpinist yolda qaldı
Tibetin şərq yamacında yerləşən Everest Dağı ərazisində baş verən qar fırtınası səbəbindən minə yaxın alpinist dağa qalxa bilməyib. BAKU.WS xəbər verir ki, Çin...
