İndoneziyada güclü zəlzələ: Sunami təhlükəsi elan olundu

İndoneziyada güclü zəlzələ: Sunami təhlükəsi elan olundu
Video
Dünya 66

Cənub-Şərqi Asiyada yerləşən İndoneziya növbəti dəfə güclü təbii fəlakətlə üzləşib. Ölkənin Ternate bölgəsində 7.4 bal gücündə zəlzələ qeydə alınıb.

BAKU.WS xəbər verir ki, yeraltı təkanlar təxminən 10 kilometr dərinlikdə baş verib. Zəlzələdən dərhal sonra Maluku adaları ətrafında sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Mütəxəssislər bildirir ki, yaranan sunami dalğaları yalnız İndoneziya sahilləri ilə məhdudlaşmaya bilər. Ehtimal olunur ki, dalğalar Filippin və Malayziya sahillərinə də çata bilər.

İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində bir nəfər həyatını itirib, bir sıra binalar isə ciddi ziyan görüb. Hazırda bölgədə xilasedicilər və aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlamağa çalışır.

Son xəbərlər