İndoneziyada 5,7 bal gücündə zəlzələ olub

İndoneziyada 5,7 bal gücündə zəlzələ olub
Dünya 29

İndoneziyanın Sumatra adasında yerləşən Benkulu şəhəri yaxınlığında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

BAKU.WS haber global-a istinadən xəbər verir ki, İndoneziya hökumətinə bağlı Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) məlumatına görə, yerli vaxtla saat 02:50 radələrində şəhərin 43 kilometr cənub-qərbində zəlzələ baş verib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) zəlzələnin gücünü 5,7 bal olaraq açıqlayıb və yerin 68 kilometr dərinliyində baş verdiyini bildirib.

İndoneziya Milli Fəlakətlərin Azaldılması Agentliyinin (BNPB) sözçüsü Əbdul Muharinin verdiyi məlumata görə, zəlzələ nəticəsində Benkulu şəhərində 100-dən çox ev və 6 ictimai obyekt ziyan görüb, şəhər mərkəzində 8 ev tamamilə çöküb.

Dövlət xəbər agentliyi "Antara"nın məlumatına əsasən, Benkulu valisi Helmi Həsən zəlzələ nəticəsində insan tələfatının olmadığını, təxminən 100 evin ziyan gördüyünü təsdiqləyib.

Vali bildirib ki, ağır ziyan görmüş evlərin yenidən inşası, az zərər görmüş evlərin isə təmiri üçün dövlət dəstəyi göstəriləcək.

Son xəbərlər