İlon Mask: Trampın adı azyaşlıların cinsi istismarı ilə bağlı sənədlərdə yer alır

İlon Mask: Trampın adı azyaşlıların cinsi istismarı ilə bağlı sənədlərdə yer alır
Dünya 142

Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın adının insan alveri və yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan milyarder Ceffri Epşteynin işi ilə bağlı sənədlərdə çəkildiyini açıqlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə amerikalı milyarder sahibi olduğu "X" sosial şəbəkəsində yazıb.

"Əsl bombanı partlatmaq vaxtıdır: Tramp Epşteyn işinin fayllarında var. Məhz buna görə onlar ictimaiyyətə açıqlanmayıb. Xeyirli olsun, D. C. T. (Donald Con Tramp – red.)!", – o vurğulayıb.

Qeyd edək ki, Ceffri Epşteyn 2019-cu ildə cinsi istismar məqsədilə yetkinlik yaşına çatmayanların alverini təşkil etməkdə ittiham olunaraq həbs edilmişdi. Onun həbsxanada ölümündən sonra, xüsusilə Epşteynin siyasətçilər, milyarderlər və digər nüfuzlu şəxslərlə əlaqələri səbəbindən iş ətrafında bir çox konspiroloji nəzəriyyələr yaranmışdı.

Mask əvvəllər dəfələrlə istintaq materiallarında adı keçən şəxslərin tam siyahısının dərc olunmasına çağırış etmişdi.

Trampın nümayəndələri hələlik Maskın bəyanatını şərh etməyiblər.

Son xəbərlər