İlon Mask bu şəxslərə 1 milyon dollar mükafat verəcək
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-li milyarder İlon Maskın ABŞ prezidentliyinə namizəd Donald Trampa dəstəyi davam edir.
BAKU.WS xəbər verir ki, o, Trampı dəstəkləyən seçicilərdən hər gün birinə 1 milyon dollar mükafat verəcəyini vəd edib.
Bu barədə İlon Pensilvaniya ştatının Harrisberq şəhərindəki Trampı dəstəkləyən "America PAC" adlı imza kampaniyasındakı çıxışında bildirib.
Seçkilərin taleyini müəyyən edəcək şəhərdə noyabrın 5-nə qədər hər gün seçiləcək bir seçiciyə 1 milyon dollar veriləcək.
Artıq Harrisburgda ilk 1 milyon dolları qazanan şəxsə İlon özü pulun qəbzini təqdim edib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...