İki dəfə xərçəngə qalib gələn televiziya ulduzu yol qəzasında ÖLDÜ
"Naked And Afraid" verilişinin ulduzu və özünü quldur adlandıran 34 yaşlı Sara Danser Havayda avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Danser oktyabrın 20-də, bazar günü Havay adalarının Kahala şəhərində qəzaya uğrayıb.
Honolulu polisinin məlumatına görə, 59 yaşlı sürücü idarəetməni itirərək dayanmış avtomobilə çırpılıb.
Maşında sərnişin olan Sara ağır vəziyyətdə xəstəxanaya aparılıb. O, atası Dan və qardaşı Jake xəstəxanaya gəldikdən sonra həyatını itirib.
Qeyd edək ki, Danser bundan əvvəl iki dəfə süd vəzi xərçənginə qalib gəlmişdi.
Qalereya
Oxşar xəbərlər
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
Alimlər bu həftə qidalanma, yuxu və sağlamlıqla bağlı bir sıra yeni nəticələr əldə ediblər. Araşdırmalarda tam taxıllı məhsulların və süd məhsullarının faydalar...