İkardinin meneceri od püskürüb - Həyatında Vandanın olması bəxtsizlikdir

İkardinin meneceri od püskürüb - Həyatında Vandanın olması bəxtsizlikdir
Dünya 220

"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi hazırda futboldan çox şəxsi həyatı ilə gündəmdədir.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 10 illik evliliyi xəyanət ucbatından bitən Mauro İkardi və Vanda Nara arasında vəziyyət sakitləşmir.

İkardinin meneceri Pino Elio Letterio bildirib ki, Vanda Nara İkardinin karyerasına mənfi təsir edir O, futbolçunun karyerasındakı neqativlərə görə Naranı günahlandırır:

"Qalatasaray İkardinin karyerasında ən yaxşı seçim olub. O, İstanbulda çox xoşbəxtdir. Qalatasaray sevgisini heç kim şübhə altına almasın. Milli komandanın qapılarını onun üzünə bağladığını da nəzərə alsaq, Vandanın onun həyatında olması tam bir bədbəxtlikdir. Sensasiyalı həyatı ilə ardıcıl uğur əldə etməsinə maneə törətməklə həyatında problemlər yaratdı".

Son xəbərlər